Prezident İlham Əliyevin Rövnəq Abdullayevə irad bildirdiyi “Kimyaçılar Evi”ndən xəbər var
05.03.2020 11:45Sumqayıtda 1986-ci ildə istifadəyə verilən “Kimyaçı” Mədəniyyət Sarayında aparılan əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Azərkimya” İstehsalat Birliyinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, ötən il Sumqayıta gələn prezident İlham Əliyevin tapşırıqlarına əsasən sentyabrın 20-də neftçilərin peşə bayramı olan “Neftçilər” günündə “Kimyaçı” Mədəniyyət Sarayının açılışı gözlənilir.
Mədəniyyət sarayında işlərin hələ də davam etdiyini və rəhbərliyin hazırda orda olduğunu deyən “Azərkimya” İB-nin mətbuat xidmətinin rəhbəri Rafiq Oday “həftədə bir dəfə, xüsusən də çərşənbə günü işin gedişatına nəzarət olunur. Yaxın günlərdə prezidentimizin Sumqayıta səfəri gözlənilir və “Kimyaçı” Mədəniyyət Sarayının açılışında özü də iştirak edəcək” deyə qeyd edib.
Qeyd edək ki, artıq uzun müddətdir Sumqayıtın “Kimyaçı” Mədəniyyət Sarayı təmirə bağlıdır. Hələ mərhum Heydər Əliyevin ziyarətindən bir müddət sonra təmirə bağlanan sarayın qapıları 2013-cü ildə açılsa da yenidən şəhər əhalisinin üzünə qapadılıb.
Lakin ötən ilin sentyabr ayında gənclər şəhərində olan İlham Əliyev hələ də yarımçıq qalan “Kimyaçılar Evi”nin inşası barədə yumoristik irad bildirib. Belə ki, İlham Əliyev Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevə və Rövnəq Abdullayevə “Kimyaçılar Evi”nin inşası ilə bağlı verdiyi tapşırığın yerinə yetirilmədiyini deyib.
Firuzə Alimova / A24.az

