Prezident iqamətgahının çilçırağı düşdü
05.03.2020 11:45Riqada prezidentlərin görüş günü çilçıraq düşüb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, hadisə Latviya prezidentinin rəsmi iqamətgahında baş verib.
Latviya prezidentinin mətbuat xidməti katibliyindən verilən məlumata görə, hadisə baş verən gün iqamətgahda Baltikyanı ölkələrin prezidentlərinin görüşü keçirilirdi.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, bundan öncə Riqa qəsrində tavanda su sızması, daha əvvəl isə yanğın baş vermişdi.

