Prezident işçi axtarır – VAKANSİYA
05.03.2020 11:45Bu həftə ABŞ prezidentinin administrasiyası Twitterdə, Facebookda və Instagramda Trampın hesablarını işlətmək üçün komanda axtarışına çıxıb. A24.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Об этом сообщает Роспрес
Telekanalın məlumatına görə, hal-hazırda Trampın sosial şəbəkələrlə məşğul olan cəmi bir işçisi var. O da Trampın milli qolf-klubunda keçmiş idarəçi işləyən 40 yaşlı Den Skavinodur.
Bundan başqa, Ağ Ev kommunikasiyalar üzrə yeni direktor vəzifəsinə də namizəd axtarır. Hazırda bu vəzifəni Ağ Evin mətbuat katibi Spayser Şon icra edir.
Qeyd edək ki, sabiq Amerika prezidenti Barak Obamanın komandasında sosial şəbəkələrlə işi cəmi 20 nəfər icra edirdi. Materialların hazırlanmasına isə “Twitter”in eks vitse-prezidenti olmuş Ceyson Qoldman başçılıq edirdi.
Xatırladaq ki, seçkilərdə öz qələbəsindən sonra Donald Tramp sosial şəbəkələri “ünsiyyətin çox gözəl forması” adlandırıb.
Vüsalə Əlövsətqızı

