Prezident kainat gözəlləri arasında: “Ümid edirəm ki, bu gün heç bitməz…” FOTOLAR
05.03.2020 11:45Filippinin dövlət başçısı Rodriqo Duterte gözəllik yarışmasına qatılmaq üçün ölkəsinə gələn 85 təmsilçi ilə görüşüb.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, “Kainat gözəli” yarışmasına qatılmaq üçün Filippinə gələn 85 ölkənin gözəllik kraliçaları prezidentlə görüşüblər. 29 yanvarda keçiriləcək yarışmanın iştirakçıları arasında özünü itirən prezident “ilk dəfədir ki, bir otaq dolusu gözəl qadınla birlikdəyəm. Ümid edirəm ki, bu gün heç bitməz…” deyib.
Duterte həmçinin nitqinə bu sözləri əlavə edib: “”Kainat gözəli” yarışması və ya digər gözəllik yarışmaları gözəllik və zəkanı sərgiləməkdən daha çoxudur. Ölkənizi təmsil etməyiniz, fikirlərinizi müdafiə etməyiniz və qadınların daha güclü olduğunu sərgiləmək üçün bu, bir fürsətdir”.

