Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezident məcburi köçkünləri sevindirdi – Bəs, həmin 20 manat kimlərə veriləcək? – AÇIQLAMA

05.03.2020 11:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib. Fərmana əsasən  məcburi köçkünlərə 20 manat məbləğində aylıq müavinət veriləcək.

Об этом сообщает Роспрес

Yeni fərman o kəslərə şamil edilir ki, onlar sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində- keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda məskunlaşıblar. Onlar yeni yaşayış yerlərinə köçürülənədək ailə üzvünün hər nəfərinə görə 20 manat məbləğində aylıq müavinət alacaqlar. Kommunal xərclər isə əvvəlki qaydada normalara uyğun dövlət səviyyəsində müvafiq qurumlara ödəniləcək.

Fərmanı A24.Az-a şərh edən millət vəkili Vahid Əhmədov bildirib ki,  məcburi köçkünlərlə bağlı məsələlər dövlət başçısı tərfindən həmişə diqqət mərkəzində saxlanılır.  “Məcburi köçkünlərin kommunal xərclərinin ödənilməsi ilə əlaqədar 36 manat məbləğində vəsaitin  ödənilməsi təmin edildi. Bu vəsaitlər əvəllər uyğun cəmiyyətlərə köçürülürdü, amma bu dəfə köçkünlərin özlərinə veriləcək və bu da onların daxili işləridir. Sayğac quraşdırılması və ya digər texniki məsələlərin həlli mümkün olmayan sahələrdə yaşayanlara hər nəfərə görə, 20 manat yardım ediləcək”.

Millət vəkilinin fikrincə məcburi köçkünlərlə əlaqədar yenidən siyahıya alınma aparılmalıdır. “Mən təklif irəli sürmüşəm ki, həm yerli icra hakimiyyət orqanları, həm də Məcburi Köçkün və Qaçqınlarla iş üzrə  Dövlət  Komitəsi əhalini yenidən siyahıya almalı və onlardan hansılarının sosial vəziyyətinin normal olub-olmaması dəqiqləşdirilməlidir. Azərbaycanda 25 ildir ki, məcburi köçkün var. Onların bir hissəsinin aylıq müavinətə ehtiyacları yoxdur, işlə təmin olunublar, maddi cəhətdən vəziyyətləri yaxşıdır. Ola bilər ki, həmin ailələrə müavinət verilməsin. Eləsi də var ki, vəziyyəti orta və ağırdı. Onlara əlavə vəsait verməyi təklif edirəm”.

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli isə redaksiyamıza açıqlamasında bildirdi ki, belə məsələlər kompleks yanaşma tələb edir. “Azərbaycanda öz yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi prosesi hələ də davam edir.  Yeni qəsəblər, böyük şəhərciklər salınır. Onların yaşayış infrastrukturları  yaxşılaşdırılır. Biz qaçqın və məcburi köçkünlərə dövlətin qayğısını, aylıq müavinət verməsini alqışlayırıq. Əgər ölkənin büdcə imkanları varsa və vəsait ayırırsa, bu, başa düşüləndir”.

Gəldiyimiz  qənaət bundan ibarətdir ki, qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsini artırmaqla yanaşı, iş yerlərininin açılması da nəzərdə tutulsun. Tutaq ki, kənd regionlarında, qəsəbələrdə yerləşdirilən əhaliyə torpaq paylarının verilməsi, əmək qabiliyyətinin artırılması sahəsində proqram da  hazırlansın”.

İlqar Hüseynlinin fikrincə,  əslində hədəfimiz maksimum iş və əmək qabiliyyətli insanları işə cəlb etmək olmalıdır, nəinki dövlətdən asılı saxlamaq.

Vüsalə Əlövsətqızı