Prezident prezidentə corab hədiyyə etdi
05.03.2020 11:46
ABŞ-ın sabiq prezidenti Bill Klinton böyük Corc Buşu ziyarət edərək ona corab hədiyyə edib.
A24.Az xəbər verir ki, bu barədə Klinton öz “Twitter” səhifəsində məlumat paylaşıb.
“Bu gün Hyustonda böyük Corc Buş və onun həyat yoldaşı ilə vaxt keçirmək olduqca xoş təsir bağışladı. Keçmiş və indiki vaxtlardan söhbət etdik və corablardan söz açdıq”, – deyə yazan Klinton əlil arabasında oturan Buşa corab hədiyyə etməsini əks etdirən fotosunu paylaşıb.
Об этом сообщает Роспрес

