Prezident şəhid Çingiz Qurbanovun ailəsi ilə görüşdü
05.03.2020 11:46Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.
A24.Az görüşdən çəkilən fotoları təqdim edir.
Об этом сообщает Руспрес
Qeyd edək ki, Çingiz Qurbanov 29 dekabr 2016-cı ildə düşmən qüvvələrinin hücumunun qarşısını alaraq, onları təqib edərkən şəhid olub. Onun nəşi 39 gün düşmən tərəfdə qaldıqdan sonra 5 fevral 2017-ci ildə Azərbaycana qaytarılıb. Şəhid Qusarda yerləşən “Şəhidlər xiyabanı”ında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral, 2017-ci il sərəncamı ilə Çingiz Qurbanova (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

