Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezidentin iştirak etdiyi Xocalı yürüşündə qəhqəhə çəkib gülən deputatları siz də tanıyın

05.03.2020 11:46

 Prezident İlham Əliyev və 1-ci vitse Prezident Mehriban Əliyevanın iştirakı ilə dövlət hökümət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirib.
A24.Az  xəbər verir ki, Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat (Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun) faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə hörmətsizlik edərək hər kəsin kədərə büründüyü bir gündə qəhqəhə çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb. İki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.
Prezident İlham Əliyevin dövlət və hökümət nümayəndələrinin iştirak etdiyi və düşmən dövlətin də izlədiyi həmin görüntüləri təqdim edirik. /bizimyol.info

Об этом сообщает Футляр от виолончели