Prezidentin maşınına yol vermədiyinə görə “vətən xaini” elan edib həbs etdilər
05.03.2020 11:46Zambiya müxalifətinin lideri ötən həftəsonu ölkənin rayonlarından birində prezident Edgar Lungunun maşın karvanına yol vermədiyinə görə vətənə xəyanətdə ittiham edilib.
Об этом сообщает Руспрес
A24.Az BBC-yə istinadla xəbər verir ki, müxalifət lideri Hakainde Hichilemanın maşın karvanı prezident kortejinin keçməsinə yol verməyib. Onların hər ikisi milli mərasimdə iştirak etməyə gediblərmiş.
Ölkə paytaxtı Lusakada oturan baş polis inspektoru Kakoma Kanganja deyib ki, müxalifət lideri Limulunqa yolunda prezident karvanına yol vermək barədə polisin əmrinə tabe olmamaqla prezidentin həyatı üçün təhlükə yaradıb.
Zambiyanın baş polis zabiti müxalifət liderinin hərəkətlərini düşüncəsiz, məsuliyyətsiz və kriminal adlandıraraq “ölkədə anarxiya yaratmaq istəyənlərin hamısı həbs və məhkum ediləcək”-deyib.
Polis çərşənbə axşamı erkən saatlarında müxalifət liderinin Lusaka ətrafındakı evinə gözyaşardıcı qazla hücum etdikdən sonra Hichilemanı həbs edib.
Qeyd edək ki, vətənə xəyanət cəzası üçün Zambiyada ən azı 15 il iş verirlər.
Xüsusilə ağır hallarda ölüm cəzası də verilə bilər.

