Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezidentin oğlu it dişlədiyi üçün dünyasını dəyişdi

05.03.2020 11:46

Dekabr ayında keçirilən prezident seçkilərində Qambiyada qalibiyyət qazanan Adama Barrovun oğlu itin hücumu nəticəsində həyatını itirib.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, 8 yaşı olan Habibu Barrov paytaxt Banjul yaxınlığındakı Manjaidə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ölkəni 22 ildir idarə edən Yahya Jammehin seçkilərdə məğlub olmasına baxmayaraq, prezidentlik postundan əl çəkməməsi səbəbi ilə başlayan siyasi qalmaqaldan dolayı ölkədən ayrılmaq məcburiyyətində qalan Adama Barrov ölkəsinə qayıtmadığı üçün oğlunun cənazəsində iştirak edə bilməyib.

Bölgədəki ölkələrin birliyi olan ECOWAS (Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi) Barrovun xidmətə başlayacağı cümə gününə qədər Seneqalda qalmasını tələb edib.

ECOWAS Yahya Jammehin prezidentlik postunu tərk etmədiyi halda hərbi müdaxiləyə hazırlanacaqlarını bildirib, Afrika Birliyi də Jammehin cümə axşamından etibarən Qambiya prezidenti olaraq tanınmayacağını elan edib. Artıq ölkədə qarşıdurmanın yaşana biləcəyi səbəbi ilə minlərlə adam Qambiyanı tərk etməyə başlayıb.

Qambiya mediası olan “The Point”in verdiyi məlumata görə, Adama Barrov iki həyat yoldaşı və 5 övladı olan dindar bir müsəlmandır.

Yahya Jammeh isə bir neçə il bundan əvvəl ölkəni İslam Prespublikası elan edib.