Prezidentin qardaşını öldürən qadınlardan biri tutuldu
05.03.2020 11:46Şimali Koreya lideri Kim Çen Innin ögey qardaşı Kim Jong Namı Malayziyada öldürən qadınlardan biri Kuala Lumpur Hava Limanında həbs olunub.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, polis onu həbs edərkən yanında Vyetnama səyahət sənədləri olub. Polis həmçinin 5 şübhəlinin də axtarışda olduğunu açıqlayıb.
Malayziya mətbuatı polisin açıqlamasından bir neçə dəqiqə öncə Kuala Lumpur Hava Limanı təhlükəsizlik kamerası görüntülərini yayımlayıb. Yerli mətbuat qadının hava limanında taksi gözləyərkən kameraya düşdüyünü bildirib.
Xatırladaq ki, hava limanında Macauya getmək üçün təyyarə gözləyən 45 yaşlı Kimin üzünə kimyəvi tərkibli bir bez tutularaq öldürülüb. Malayziya polisi “Bir qadın arxadan yaxınlaşdı və bir mayeyə batırılmış parça ilə onun üzünü örtdü. Bundan sonra gözləri yanan Kim hava limanında tibbi yardım aldı. O, Putracaya Xəstəxanasında həyatını itirdi”,- açıqlamasını vermişdi.

