Prezidentin sabiq arvadı villada başqa kişi ilə yaşayır – ŞOK FAKTLAR
05.03.2020 11:47Vladimir Putinin 58 yaşlı keçmiş həyat yoldaşı Lyudmila Putinin 37 yaşlı iş adamı Artur Ocheretny ilə birlikdə yaşadığı ortaya çıxıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, ikili Londonun “Heathrow ” hava limanında birlikdə görüntülənib. Lyudmila və Artur Ocheretnynin Fransada dəyəri 7.6 milyon dollar olan bir villada yaşadığı ortaya çıxıb.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin məlumatına görə, bu villa prezidentlə xanımının boşanmasından 6 ay öncə alınıb.
Lyudmila Putinin bilinən bir zənginliyi yoxdur və boşanma zamanı da o, çox böyük gəlir əldə etməyib. Villanın kim tərəfindən alındığı bilinmir.
Xatırladaq ki, 30 illik evliliyin ardından Vladimir Putin və xanımı 2013-cü ildə boşanıb. Prezident hazırda keçmiş gimnast Alina Kabayeva ilə eşq yaşayır.

