Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezidentin “təqaüd”ə göndərilən köməkçiləri – Aparatda nələr baş verir?

05.03.2020 11:47

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.
Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad edilib. Yeni sərəncamla administrasiyanın hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi postu yaradılıb. Bu vəzifəyə isə Fuad Ələsgərov təyin olunub.
Prezident İlham Əliyev Fatma Abdullazadəni Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri vəzifəsindən azad edib. Hazırda bu vəzifəyə heç kim təyin olunmayıb.
 Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri yerinə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsi yaradılıb. Ancaq bu şöbəyə təyin olunan müdirin adı açıqlanmayıb.
Qeyd edək ki, prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla idi.
  A24.Az
 

Об этом сообщает Роспрес