Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prosineçki haqda növbəti iddia

05.03.2020 11:47

Millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti iddia yayılıb.

A24.Az Qol.az-a istinadən xəbər verir ki, Prosineçki Bosniya və Herseqovina millisini çalışdıra bilər.

Об этом сообщает Руспрес

Xəbərdə hazırkı çalışdırıcı Mehmed Bajdareviçin fəaliyyətinin federasiya rəhbərliyini razı salmadığı və buna görə də, onunla müqavilənin yenilənməyəcəyi bildirilir. Bajdareviçi Prosineçkinin əvəzləyəcəyi iddia edilir.

Bugünlərdə Prosineçkinin adı Sloveniya millisi ilə hallansa da, o, yayılan xəbəri təkzib edib.

Qeyd edək ki, millimizlə müqaviləsi dekabrda başa çatacaq 48 yaşlı mütəxəssis böyük ehtimalla yığmamızdan ayrılacağını açıqlayıb.