Putinin “beyni” Duqinin Bakı səfərinin arxasında nə dayanır? – AÇIQLAMA
05.03.2020 11:47Mayın 1-də məşhur rusiyalı ictimai-siyasi xadim, filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin Bakıya səfərə gəlib.
Об этом сообщает Роспрес
Məşhur filosof, rusiyalı ictimai-siyasi xadim A.Dugin Bakıya səfərinin məqsədi nədir?
Məsələ il əbağlı A24.A-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son vaxtlar rusiyalı siyasi xadimlərin tez-tez Bakıya səfər etdiklərinə diqqət çəkdi:
“Hətta bu şəxslər arasında elələri var idi ki, vaxtilə Azərbaycan və Türkiyə əleyhinə sərt açıqlamalar, tənqidlər səsləndiriblər. Ona misal olaraq, liberal demokrat Vladimir Jirinovskini, kommunistlərin lideri Gennadi Zyuqanov, ermənipərəst jurnalist Sovolyov və.s bu şəxslərin Bakıya səfərə gəlirlər. Bu gəlişləri müsbət qiymətləndirirəm. Azərbaycana gəlib, fikir mübadiləsi aparıb, vəziyyəti görürlər”.
“Həm də bizim üçün əsas məsələ odur ki, rusiyalı ekspertlər Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsınlar. Çünki çox zaman Rusiya mediasında ermənipərəst fikirlər, mövqelər, əks olunur. Ona görə də bu səfərlərin bizim üçün müsbət mənada nəticəsi var”, – politoloq əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, bu səfərlərin tez-tez olması o demək deyil ki, Rusiya hakimiyyətinin hansısa rəsmilərinin tapşırıqlarını yerinə yetirir və ya burdan tapşırıq alıb gedirlər:
“Yox. Sadəcə bizlərə görə, fikir mübadilə üçün çox gözəl zəmin yaranır”.
“Əslində Dugini Azərbaycan çox şişirib, böyüydüblər. Sergey Markov o da tez tez Bakıya gəlir, sağolsun Qarabağ məsələsində ədalətli mövqedən çıxış edib. Onun da statusunu bizdə çox yüksək qiymətləndirirlər sanki Putinin sağ əli, müşaviri kimi”, – deyə politoloq bildirib.
E.Şahinoğlu qeyd edir ki, Markov, Dugin son illər onları heç rusiya kanallarında görmək mümkün deyil:
“Ola bilsin vaxtı ilə populyar olublar. Onlar Azərbaycanın haqlı mövqeyini anlasalar belə, çox təəssüf ki, bu mövqeyini Rusiya televiziya kanallarında, Rusiya kütləvi izləyicisinin diqqətinə çatdırmaq imkanları yoxdur. Amma yenə də bu müsbətdir. Çünki Rusiya mediasında daha çox ermənipərəst mövqe səsələndirilir. Daha çox ermənilərin mövqelərini dəstəkləyən siyasi ekspertlər yol tapırlar”.
“Ancaq belə Azərbaycanın haqlı mövqeyini müdafiə edən “Qarabağ” münaqişəsinin həlli haqqında ədalətli fikirlər söyləyənlərin də Bakıya gəlməsi, burda müzakirələrdə iştirak etmək bizim üçün yaxşı zəmindir. Necə ki Rusiyada erməni lobbisi mətbuatla işləyir, gərək bizdə çalışaq ki, rusiyalı politoloqlarla, siyasi ekspertlərlə işləyək ki, balansı yarada bilək. Duginin də səfərini məhz bu mənada qiymətləndirirəm. Amma bir daha bildirirəm ki, bu səfəri o qədər də böyütmək lazım deyil”, – deyə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib.
Siyasi şərhçi vurğulayır ki, bu ehtimalların olması – guya Kreml göndərib, gedib bizim mövqeyi Kremlə çatdıracaq, mümkün deyil:
“Yəni Duginin belə imkanları olduğu söyləməkdə çətinlik çəkirəm. Markov haqqında bunları deyə bilərəm. Onun bəzi proqnozları heç doğru da çıxmadı. Misal üçün Azərbaycan cəmiyyətinə çox ruhlandırıcı açıqlamalar verirdi ki, guya 5 rayon işğaldan azad olunacaq, ilin sonuna qədər məcburi köçkünlər geri dönəcək. Elə o zaman da Markovun bu fikirlərinin həyata keçəcəyini düşünmürdüm. Markovun yox, mənim problemlə bağlı proqnozlarım doğru çıxdı. Nə 5 rayon işğaldan azad olundu, nə də məcburi köçkünlərimiz geri qayıtdı”.
“Sonra da dedi ki, Xarici İşlər Nazirlərinin görüşü, Ermənistan üçün son şansdır. Düzdü onların ədalətli mövqedən çıxış etməsi bizdə müsbət qarşılanır. Amma başımız altına yastıq qoymağa ehtiyac yoxdur. İndi Duginin səfərini də izləyirəm. O da Qarabağla bağlı normal açıqlamalar verib. Amma o demək deyil ki, onun açıqlamaları Rusiya siyasətinin baxışını əks etdirir”, – deyə E.Şahinoğlu əlavə edib.

