Putin ABŞ-da Trampa hörmət edilmədiyinə görə təəsüfləndi
05.03.2020 11:47Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın hörmətə layiq olduğuna əmindir.
Об этом сообщает Руспрес
Bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın dövlət başçısı ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib.
“Cənab Trampı ABŞ xalqı seçib, buna görə ona hörmət etmək lazımdır. Hətta əgər onun mövqeyi ilə razı olmasanız belə”, – deyə Kreml rəhbəri bildirib.
O, hesab edir ki, Trampa hörmət etməmək onun seçicilərinə ehtiram göstərməmək deməkdir. “Mübahisə etmək olar, amma hörmət etməmək yox. Özü də şəxsən ona yox, səsini Trampa verən seçicilərə, “- deyə Rusiya prezidenti qeyd edib. //Report

