“Putin cəmiyyətə demək istəyir ki, məndən ikiəlli yapışın” – POLİTOLOQ
05.03.2020 11:47“Putin cəmiyyətə demək istəyir ki, məndən başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın, yoxsa Rusiya dağılar, xaos tüğyan edər”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyada martın 26-da korrupsiya əleyhinə keçirilən mitinqi şərh edərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sistemdən kənar (parlamentdə təsmil olunmayan) müxalifətin fəallaşmasından narahatdır:
“Həqiqətən heç kim gözləmirdi ki, sistemdənkənar müxalifətin lideri Aleksandr Navalnının sosial şəbəkədən bir çağırışı ilə bu qədər gənc və orta yaşlı insan küçələrə tökülüşə bilər. Rusiya prezidenti guya korrupsiyaya qarşı mübarizəni dəstəkləyir, ancaq əhalini Tunis, Misir, Liviya, qonşusu Ukrayna nümunəsi ilə də qorxudur. Yəni cəmiyyətə demək istəyir ki, məndən başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın, yoxsa Rusiya da dağılar, xaos tüğyan edər”.
Politoloq hesab edir ki, Rusiyanı yaxın illərdə “rəngli inqilablara” və ya “ərəb baharına” bənzər dəyişikliklər gözləmir:
“Hər nə qədər olsa da, Putinin reytinqi yüksəkdir. Ancaq Qərbin sanksiyaları da təsirsiz keçmir, Rusiyada iqtisadiyyat geriləməkdə davam edir, ölkənin orta sinfinin bu həyat şərtlərindən narazılığı artır. Ona görə də indi küçələrə 3-4 min etirazçı çıxsa da, narazılıq dalğasının artmayacağını vurğulamaq da çətindir. Bolşeviklərin lideri Vladimir Lenin məktublarında yazırdı ki, “həyatda sağ ikən Rusiyada inqilabı görmək mənə nəsib olmayacaq”. Bu sözlərdən cəmi bir il sonra ikinci Nikolay da taxtdan düşürüldü, fevral burjua inqilabı da baş verdi və bütün bunlardan istifadə edən Lenin Rusiyanın başına keçdi. Hiss olunur ki, Rusiya prezidenti Vladimir Putin sistemdən kənar (parlamentdə təsmil olunmayan) müxalifətin fəallaşmasından narahatdır”.
Qeyd edək ki, martın 26-da Moskvada Puşkin adına meydanda korrupsiya əleyhinə mitinq keçirilib. Mitinqdə 700-dən artıq fəal saxlanılıb. Rusiya DİN-in məlumatına görə, Moskvada keçirilən aksiyada 8 min, aktivistlərin məlumatına görə isə 20 min nəfər iştirak edib. Rusiya prezidenti Vladimir Putin ölkədə korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarına münasibət bildirərkən qeyd edib ki, korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarıdır:
“Mən şəxsən korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarıyam və bu problemlərə insanlar tərəfindən diqqəti hər zaman müsbət qəbul edirəm”.
Orxan Aslanlı

