Putin də cavab olaraq 35 ABŞ diplomatını ölkəsindən çıxarır
05.03.2020 11:47Rusiya Xarici İşlər Nazirliyi Prezident Vladimir Putinə Amerika sanksiyalarına cavab olaraq 35 amerikalı diplomatın ölkədən çıxarılmasını təklif edib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
O, ABŞ-ın Moskvadakı səfirliyindən 31 diplomatın, Sankt-Peterburqdakı Baş Konsulluğundan isə 4 diplomatın ölkədən çıxarılmasının vacib olduğunu bildirib. Lavrov hazırladığı siyahıdakı diplomatların adını çəkməyib.
Qeyd edək ki, dünən ABŞ Rusiyanın 35 diplomatını ölkədən kənarlaşdırmaq haqqında qərar verib. Diplomatların Amerikanı tərk etməsi üçün 72 saat vaxt verilib.

