Putin hakimiyyətdən getsə, Qarabağı azad edə bilərikmi? – CAVAB
05.03.2020 11:47Xəbər verdiyimiz kimi, Rusiya prezidentliyinə namizəd, teleaparıcı Kseniya Sobçak prezident Putinin birmənalı qarşılanmayacaq fikirlər səsləndirib. O, bildirib ki, Rusiyada hər şeyi Putin idarə edir və heç kim onunla mübarizə apara bilmir.
Об этом сообщает Руспрес
Əgər söhbət sülhdən gedirsə, bu durumda heç bir sülhə nail olmaq mümkün olunmayacaq. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birinə yaxınlaşmır. Bunda ATƏT-in Minsk qrupu ölkələrinin çox böyük rolu var. İndi hər kəs bilir ki, onlar boşaldılması istənən Azərbaycan əraziləri qarşılığında Dağlıq Qarabağda plebisid-referendum keçirilməsini istəyirlər. Bu isə açıq Azərbaycanı ələ salmaqdır. Nəticəsi əvvəlcədən bəlli olan bu referenduma biz razılaşa bilərikmi? Əlbəttə yox! Bunu Putin də yaxşı bilir, o birilər də. Onlar bu işin həllinə deyil, uzadılmasına qatqı göstərirlər. Baxın, Ermənilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində heç bir variantı qəbul etmirlər, bu da Putinin ürəyindədndir. Çünki Rusiya bu bölgədə hələ çox aktiv olmağı düşünür. Azərbaycanın isə hansısa sənədə imza atması Qarabağın itirilməsinə gətirib çıxarar deyə buna getmir”.
Ermənişünas alim qeyd edib ki, Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olmayaraq Azərbaycan müharibə hazırlığını görməlidir:
“Mən son günlər Türkiyədə bir konfliktoloqların da fikirlərinə diqqət etdim. Onlar da bu fikirdədirlər ki, Qarabağın son həllinə başlanacaq bir müharibədən sonra nail olunacaq. Qarabağ Azərbaycan ərazisidir, müharibə də, danışıqlar da burada olacaq. Putin olsa da, olmasa da bir hazırlığımızı görməliyik…”

