Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putin od püskürdü: “Bu sənədləri sızdıranlar fahişədən betərdirlər”

05.03.2020 11:47

Rusiya Federasiyasının prezidenti Vladimir Putin kəskin ifadələr səsləndirib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, dövlət başçısı Kremlinin əlində ABŞ-ın yeni prezidenti Donald Trampı şantaj edə biləcək “sənəd və uyğunsuz görüntülərin” oluğuna dair iddialara qarşı sərt çıxış edib. İddiaları ortaya atanlar üçün “fahişədən betərdilər” deyən Putin Trampın Rusiyaya gəldiyi dönəmdə siyasətdə olmadığını xatırladaraq “kəşfiyyat nümayəndələri hər amerikalı milyarderi izləmir, bu tamamilə axmaqlıqdır” deyib.

Putin açıqca qeyd edib ki, saxta sənədləri yayanların əsas məqsədi yeni hakimiyyətə gələn birinin imicini sarsmaqdır: “Ən başda, o, yetkin bir insandır. İkincisi, həyatı boyunca gözəllik yarışmaları təşkil edib və dünyanın ən gözəl qadınları ilə birlikdə olan şəxsdir. Bizim qızlarımız dünyanın ən yaxşı əxlaqsız qızları olmalarına baxmayaraq, mən inanmıram ki, Tramp qızlarımızla görüşmək üçün Amerikadan bura gəlsin”.

Putin hakimiyyətinin son günlərində Rusiyaya qarşı kəskin qərarlar verən Obamanı da hədəf alıb: “Bəzi insanlar gedərkən “gülə-gülə” deyər. Bəziləri deməz. Obama ikinci tip insanlardandır”.

Новости

Теги