Putin Səddam Hüseynin öldürülməsindən danışdı
05.03.2020 11:48Şimali Koreyaya qarşı sanksiyalar onun nüvə proqramından əl çəkməsinə yardım etməyəcək.
Об этом сообщает Роспрес
Saytımız “Din.az”a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin söyləyib. Putin Şimali Koreya probleminin həlli məsələsində İraq Prezidenti Səddam Hüseynin taleyini misal kimi göstərib:
“İraq dağılıb, Səddam Hüseyn asılıb. Bunu hər kəs bilir və xatırlayır. Şimali Koreyada da bunu çox yaxşı bilirlər. Siz düşünürsünüz ki, onlar hansısa sanksiyalar ucbatından öz siyasi kurslarından imtina edəcəklər. Bu, effektiv olmayacaq. Şimali Koreya özünü təhlükəsizlikdə hiss etməyənə qədər nüvə proqramından imtina etməyəcək. Onlar lazım gəlsə, ot yeyəcəklər, amma bundan əl çəkməyəcəklər”.

