Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putini öldürmək istədilər – ŞOK TƏFƏRRÜAT

05.03.2020 11:48

Rusiya prezidenti Vladimir Putinə sui-qəsddə ittiham olunan Çeçenistan əsilli Adam Osmayev Kiyevdə silahlı hücüma məruz qalıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Missiya.Az-a istinadən xəbər verir ki, Osmayev və arvadı Amina Okuyevanı öldürmək istəyən şəxs saxlanılıb.

İlkin məlumatına görə, Osmayev arvadı ilə birlikdə guya “Le Monde”dən olan fransız jurnalisti Aleks Vernerə müsahibə vermək üçün razılaşıb və Kiyevdəki Kirillovski küçəsinə gəlib. Görüş vaxtı Verner qutudan “Qlok” markalı tapança çıxararaq Osmayevin sinəsinə atəş açıb, bundan sonra onun arvadı mükafat kimi verilmiş PM markalı tapançasından hücum edən şəxsə atəş açıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

“Adam Osmayev və üzərində Ukrayna vətəndaşlığına dair şəxsiyyət vəsiqəsi tapılan kişi yaralanıb. Həkimlərin rəyinə görə, onların həyati təhlükəsi yoxdur. Hadisənin baş verdiyi ərazidə 3 ədəd Makarov tipli tapança və “Qlok” tapançası aşkarlanıb”, – deyə DİN-nin mətbuat katibi Artem Şevçenko bildirib.


Adam Osmayev və arvadı Amina Okuyeva
Rəsmi Kiyev Adam Osmayevin aradan götürülməsində Rusiyanın maraqlı olmasından şübhələnir. Moskva Adam Osmayevi Vladimir Putinə sui-qəsd hazırlamaqa şübhəli bilir.
Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək, 2014-cü ilin martında Putinə sui-qəsddə ittiham edilən Osmayev Ukraynadan vətəndaşlıq istəmişdi. 2012-ci il yanvarın 4-də Odessada baş verən partlayışda iştirakda şübhəli bilinən Osmayev 2012-ci ilin fevralında saxlanılıb. Həmin partlayış zamanı Rusiya Federasiyasının 26 yaşlı vətəndaşı həlak olub, Qazaxıstanın 28 yaşlı vətəndaşı ciddi xəsarət almışdı. Hadisədən sonra Ukrayna Təhlükəsizlik Xidməti məlumat yaymışdı ki, Odessadakı həbslə Rusiya və Ukrayna xüsusi xidmət orqanları Rusiya Federasiyasındakı prezident seçkilərindən sonra Putinə sui-qəsd hazırlığı üzrə terror planının qarşısını alıblar.


Aleks Verner – jurnalisti