Putinin dəvətilə Ərdoğan Soçiyə gedir – Qarabağ münaqişəsi gündəmdə olacaq
05.03.2020 11:48Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-da Soçidə Suriyadakı vəziyyəti və terrorizmə qarşı mübarizəni müzakirə edəcəklər.
Об этом сообщает Руспрес
A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb. “Noyabrın on üçündə RF prezidenti Vladimir Putinin dəvəti ilə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə işgüzar səfər edəcək.
Fikir mübadiləsi regional və beynəlxalq problemlər, o cümlədən suriyadakı vəziyyət, terrorizmə qarşı birgə mübarizə nəzərdə tutulub” – deyə məlumatda deyilir.
Bildirilir ki, enerji sahəsində əməkdaşlıq, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivləri və ikitərəfli məsələlərin geniş müzakirə olunacağı gözlənilir.
Orxan Aslanlı // A24.Az

