Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putinlə Ərdoğanın müzakirə edəcəyi əsas mövzular açıqlandı

05.03.2020 11:48

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlıq məsələlərini təfsilatlı və kompleksli şəkildə müzakirə edəcəklər. 

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Türkiyə prezidenti sabah Soçiyə səfər edəcək, çox mühüm danışıqlar keçiriləcək”, – deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Türkiyə tərəfi görüşdə Suriya problemi, ikitərəfli əlaqələr, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib: “Çox güman ki, digər beynəlxalq və regional məsələlər də müzakirə olunacaq”.

Peskovun “S-400” zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması məsələsinə dair suala cavabı belə olub:

“Hərbi-texniki əməkdaşlıq kompleks və detallı şəkildə müzakirə olunacaq”.