Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qaçqınkom” əhalinin ən çox narazı qaldığı qurum oldu – HESABAT

05.03.2020 11:48

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Руспрес

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 7230 xəbər yerləşdirilib. Bunlardan 323-ü müsbət, 16-sı mənfi və 6891-i isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (323 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) məxsusdur. Mənfi xəbərlər arasında isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (12 xəbər – komitə sədrinə qarşı şok korrupsiya ittihamı) liderdir.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 1793 xəbər
2 Dövlət Statistika Komitəsi 1634 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1000 xəbər
4 Əmlak Məsələləri Dövlət Komitəsi 917 xəbər
5 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 609 xəbər
6 Diasporla İş üzrə Dövlət Komitəsi 522 xəbər
7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 365 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 315 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 51 xəbər
10 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 19 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1224 xəbər dərc edilib. Bu xəbərlərdən 1193-ü neytral, 31-i isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (31 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) məxsusdur. Noyabr ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 256 xəbər
2 Dövlət Statistika Komitəsi 249 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 198 xəbər
4 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 130 xəbər
5 Əmlak Məsələləri Dövlət Komitəsi 127 xəbər
6 Diasporla İş üzrə Dövlət Komitəsi 123 xəbər
7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 72 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 61 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 6 xəbər
10 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2 xəbər

Noyabr ayında televiziya kanallarında komitələr haqqında 689 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 163 xəbər
2 Dövlət Statistika Komitəsi 157 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 131 xəbər
4 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 78 xəbər
5 Əmlak Məsələləri Dövlət Komitəsi 67 xəbər
6 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 43 xəbər
7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 25 xəbər
8 Diasporla İş üzrə Dövlət Komitəsi 23 xəbər
9 Şəhərsalma və Arxitektura Komitəsi 2 xəbər