Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qaçqınkom” sədri haqqında edilən şikayətlər yenə onu “mənfi lider” etdi – ANALİZ

05.03.2020 11:48

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 4426 xəbər yerləşdirilib. Bunlardan 462-si müsbət, 42-si mənfi və 3922-si isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (440 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (22 xəbər – komitə tərəfindən saxta məktəbli geyimləri aşkarlandı) aiddir. Mənfi xəbərlər arasında isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (16 xəbər – Qaçqınkomda çörək pulu alveri, şikayət) liderdir.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 1069 xəbər
2 Dövlət Statistika Komitəsi 844 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 828 xəbər
4 Əmlak Məsələləri Dövlət Komitəsi 556 xəbər
5 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 329 xəbər
6 Diasporla İş üzrə Dövlət Komitəsi 266 xəbər
7 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 247 xəbər
8 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 222 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 51 xəbər
10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 14 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1015 xəbər dərc edilib. Bu xəbərlərdən 964-ü neytral,  51-i müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (42 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (9 xəbər – komitə tərəfindən saxta məktəbli geyimləri aşkarlandı) məxsusdur. Sentyabr ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 245 xəbər
2 Dövlət Gömrük Komitəsi 190 xəbər
3 Dövlət Statistika Komitəsi 166 xəbər
4 Əmlak Məsələləri Dövlət Komitəsi 120 xəbər
5 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 76 xəbər
6 Diasporla İş üzrə Dövlət Komitəsi 73 xəbər
7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 66 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 62 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 xəbər
10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 4 xəbər

Sentyabr ayında televiziya kanallarında komitələr haqqında 492 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 161 xəbər
2 Dövlət Gömrük Komitəsi 107 xəbər
3 Əmlak Məsələləri Dövlət Komitəsi 64 xəbər
4 Dövlət Statistika Komitəsi 53 xəbər
5 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 41 xəbər
6 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 37 xəbər
7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 19 xəbər
8 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 5 xəbər
9 Diasporla İş üzrə Dövlət Komitəsi 4 xəbər
10 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]