Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qadın Ərdoğanla görüşə bilmək üçün ağaca çıxdı – Onun qollarını görən prezident dəhşətə gəldi

05.03.2020 11:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ərzurum səfəri maraqlı anlarla yadda qalıb.

Об этом сообщает Руспрес

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı həbsdə olan qadın onun günahsız olduğunu prezidentə bildirmək üçün ağaca dırmaşıb.

Çevriliş cəhdi səbəbilə həbs olunan Yarbay Ramazan Kayacının həyat yoldaşı Nazife Kayacı məqsədinə nail olub.

Mühafizəçilərin prezidentə yaxınlaşmasına mane olduğunu görən qadın Ərdoğanın iştirak edəcəyi mərasimin baş tutduğu məkan gedib. Prezidentin oturacağı stolla üzbəüz ağacın yanında gözləyən Nazife Kayacı Ərdoğan yerinə keçən kimi ağaca dırmaşıb. O qışqıraraq prezidentə səslənib: “Yanınıza gəlmək istəyirəm”.

Bunu görən Ərdoğan mühafizəçilərdən qadını onun yanına gətirməklərini istəyib.

Ağacdan düşərkən qolları yaralanan Kayacı 12 yaşlı oğlu Burak ilə birlikdə Ərdoğanın yanına gəlib və oradakı boş stolda oturub.

Ərinin günahsız olduğunu deyən və azadlığa çıxması üçün kömək istəyən qadının qollarındakı yaraları görən Ərdoğan təəccübünü gizlədə bilməyib. O, Kayacının qollarını baş nazirin köməkçisi Receb Akdağa göstərib və “Sən nə etdin, qızım?” deyib.

Xəyalə Bünyatova // A24.Az