Qadın jurnalist Bəşər Əsədin xəstəxanada olduğunu sübut etdi – VİDEO
05.03.2020 11:48Son 10 gündür Suriya prezidenti Bəşər Əsədin beyninə qan sızması, iflic olduğu haqqında xəbərlər yayılıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, xanım jurnalist Visamel Hurranın Əsədin yatdığı iddia edilən Şami xəstəxanasının məsul şəxsi ilə etdiyi telefon danışığı gündəmə bomba kimi düşüb. Şam şəhərinin Muhacirin bölgəsində, prezidentlik sarayının ən yüksək vəzifəli məmurlarının da müalicə aldığı Şami xəstəxanasının işçisi ilə jurnalist arasında keçən dialoqlar Əsədin sağlamlığı ilə bağlı şübhələri artırıb. Prezidentin yaxınları hər nə qədər onun sağlam olduğunu bildirsələr də, başda Suriya Rəsmi Xəbər Agentliyi olmaqla ölkə mediasında 5 gün ərzində Əsədə aid heç bir görüntü və foto yer almayıb. Yayımlanan son görüşməsi isə fotoları yayılan İran Şura Məclis başçısının köməkçisi Hüseyin Emir Abdüllehyan və onun nümayəndə heyəti olub.
Sizə jurnalistlə xəstəxana işçisi arasında keçən dialoqu təqdim edirik:
(Qadın)
(Kişi)
Xoş gəldiniz.
(Qadın)
Mən prezident sarayından zəng vururam. Prezidentin sağlamlığı haqqında danışmaq qadağandır. Xəstəxanadan hər cür məlumat vermək qadağandır.
(Kişi)
Bura gələn xəstənin kimliyini bütün həkimlər bilirlər.
(Qadın)
Xəstəxanadan prezident haqqında heç kimə məlumat vermirsiz. Bu bir sirdir.
(Kişi)
(Qadın)
Kim prezident haqqında telefonla belə məlumat istəsə verməyin.
(Kişi)
Yaxşı. Oldu.
(Qadın)
Məsul həkimlə, müdirlə danışmaq istəyirəm.
(Kişi)
Bu məsələni anladım. Məsuliyyət məndədir, onunla danışacağam.
(Qadın)
Prezident haqqında heç kimə məlumat verməyəcək, yaxşı mı?
(Kişi)
Yaxşı, başa düşdüm.
(Qadın)
Sənin adın nədir?
(Kişi)
Mən Həsən. Qeydiyyat şöbəsindənəm.
(Qadın)
Mən Malak Ali Hasenəm. Prezident sarayından sizinlə danışıram. Yaxşı mı?
(Kişi)
Okey. Okey.
(Qadın)
Mən səninlə danışdığım vaxtı qeyd etdim. Saat 12:45-dir və səninlə danışıram. Sizdən xahiş edirəm, prezidentin xəstəxanada olması haqqında heç kimə məlumat verməyin.
(Kişi)
Təşəkkür edirəm.
Telefon danışığından sonra jurnalist qadının səs yazısına yansıyan sözləri isə daha maraqlıdır: “Şami xəstəxanasından etiraf edirlər. Bəşər Əsəd bu xəstəxanadadır”.

