Qadın millət vəkilləri: “Çoxarvadlılıq leqallaşdırılsın!” – VİDEO
05.03.2020 11:48İraqlı millət vəkilləri Cemile Ubeydi və Lema Halfi müharibələrdə ərini itirən 2 milyondan artıq qadın üçün “çoxarvadlılıq” qaydasının leqallaşdırılması tələb edib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, İraq parlamentində 8 Martla bağlı təşkil olunan tədbirdə Qadın, Ailə və Uşaq Komissiyasının üzvi Lema Halfi “hazırda İraqda dul qadınların sayı 2 milyonu keçib və minlərlə qadın da İŞİD üzündən köçkün həyatı yaşayır” deyə çıxış edib. Halfi bildirib ki, İŞİD 940 min qadını qaçırıb. Qadınların yaşadığı çətinlikləri azaltmaq üçün də evlənmələri labüddür.
Digər parlament üzvi Cemile Ubeydi isə “evlilik yaşamayan və yaşı keçmiş qızların, ərlərindən boşanan və fərqli səbəblərdən həyat yoldaşını itirən qadınların sayı 4 milyondan çoxdur. Buna görə də evli qadınlar digər qadınlara dəstək olmalıdırlar və ərlərini məcbur etməlidirlər ki, daha bir xanımla evlənsin” deyə çıxış edib.

