Qadın siyasətçi Trampa qarşı çıxdı: “Müsəlmanlar qeydiyyata alınmamalıdır”
05.03.2020 11:48ABŞ prezidenti Donald Trampın BMT –yə namizəd olaraq göstərdiyi Haley müsəlmanların qeydiyyata alınmasına qarşı çıxdığını söyləyib.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Donald Trampın BMT təmsilçiliyinə namizəd olaraq göstərdiyi Nikki Haley ABŞ-da müsəlmanların qeydiyyat altına alınmasına qarşı təklifi dəstəkləmədiyini bildirib.
20 yanvarda ABŞ prezidentlik postunu üzərinə alacaq Trampın seçim kampaniyalarında tez-tez gündəmə gətirdiyi “Müsəlmanların qeydiyyat altına alınması” təklifini dəstəkləmədiyini bildirən Haley, Trampın bu təklifinə hələ BMT-yə namizəd göstərilmədən əvvəl qarşı çıxdığını söyləyib.
Haley, “bu idarəçilik və mən hər hansı bir qrupun qeydiyyat altına alınması təklifinə qarşıyıq. Hansı ölkələrin bizim üçün təhlükəli olduğuna qərar verərək bu ölkələrə qarşı bir qabaqlayıcı tədbir almağımız lazımdır”, – deyə Haley bildirib.
Daha əvvəl Şimali Korolina valisi olaraq xidmət göstərən və prezident seçkilərində Trampa qarşı yarışan Haley Trampla sadəcə müsəlmanlar mövzusunda deyil, Rusiya ilə bağlı bir çox mövzularda Trampla razılaşmadığını “Krım Ukraynanındır, Rusiyanın deyil”, – deyə qeyd edib.

