Qadın və kişi paltarlarında düymələr niyə fərqli yerlərdə tikilir? – SƏBƏBİ
05.03.2020 11:48
Kişilərin bütün geyimlərində düymələr sağda, qadınların geyimlərində isə soldadır.
A24.Az xəbər verir ki, bu, əslində insanlar həddindən artıq sağ əllərini istifadə etdiklərinə görə yaranan ənənədən irəli gəlir. Sağ əllərini istifadə edən insanlar üçün sağdakı bir düyməni bağlamaq daha asandır. Ona görə də kişilərin düymələri həmişə sağda olur.
Bəs qadınların düymələri niyə soldadır?
Qadınların da əksəriyyəti sağ əllərindən istifadə edirlər. Keçmiş zamanlarda qadınların geyimlərində düymədən istifadə etmək heç də asan məsələ deyildi. Düymələrin qiyməti o qədər baha idi ki, hər kəs ala bilmirdi. Düymə satın alan pullu qadınlar paltarlarını ancaq xidmətçilərinin köməyi ilə geyinə bilirdilər.
Xidmətçilər də sahibələrinin qarşısında dayanaraq düymələrini sağ əllərindən istifadə edərək daha rahat və tez bağlayırdılar. Ona görə də dərzilər düymələri xanımların sol tərəfinə, xidmətçilərin isə sağ tərəfinə tikirdilər.
İndi paltarların dəyişilməsi çox asandır. 21-ci əsrdə yaşamağımıza baxmayaraq, qadın paltarlarında düymələr bəlli olmayan səbəblərə görə hələ də solda tikilir.
Об этом сообщает Футляр от виолончели

