Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qadının rəhmini çölə çıxırıb körpəni əməliyyat etdilər – Tibbdə Şok

05.03.2020 11:49

28 yaşlı hamilə Lexi Royerin bətnində möcüzəvi bir əməliyyat həyata keçirilib. Əməliyyat 24 həftəlik uşağın onurğa beynində yaranmış problemə görə həyata keçirilib.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, ötən ay həyata keçirilən əməliyyatdan çəkilmiş foto görənləri heyrətə salıb. Fotoşəkildə gənc qadının bətninin tamamilə kənarda olduğu görünür. Bu çox nadir halda rast gəlinən görüntüdür.

Ultrasəs müayinələrində Lexi Royerın bətnindəki kğrpəsində “Spina bifida” adlandırılan və ya “açıq onurğa” kimi tanınan bir xəstəlik məyyənləşdirilib. Bu xəstəlik isə körpəni ya əlil arabasına məhkum edəcəkdi, ya da həyatına ciddi şəkildə mənfi təsir göstərəcəkdi.

Buna görə də qadının rəhmi çölə çıxarılıb və kğrpə ananın bətnində əməliyyat edilib. Əməliyyata alındıqda 24 həftə 2 günlük olan körpə təxminən 900 qram ağırlığında olub.

ABŞ-ın Kaliforniya ştatında yaşayan və həyatını qadın bərbəri olaraq davam etdirən Lexi Royerın bətnindəki döldə aparılan əməliyyat uğurla həyata keçirilib. Dölün onurğa beynindəki zədənin isə rəhmi kəsmədən həyata keçirildiyi qeyd olunub.

Əməliyyat zamanı gənc qadının tamamilə kənara çıxaran rəhmi əməliyyatdan sonra geri yerləşdirilib. Lexi Royerin yeni ilin əvvəllərində sağlam bir doğuş keçirməsi gözlənilir.