Qadınlar diqqət! Dünyanın ən məşhur modelləri nə ilə formada qalır?
05.03.2020 11:49Qadınların əksəriyyəti məşhur ulduzlar kimi incə görünmək, tam formada qalmaq üçün nələri etmirlər. Məşhurlardan bəziləri üzməklə, bəziləri yoqa ilə məşğul olaraq fit görkəmdə qalmağa nail ola bilir.
Об этом сообщает Футляр от виолончели
A24.Az dünyanın məşhur qadınlarının fit qalmaq üçün nələrlə məşğul olduğunu təqdim edir:
Dünyanın ən gözəl qadınlarından olan Bleyk Layvli fiziki görkəmini üzməyə borcludur.
Məşhur model Heidi Klamın hər gün məşq etməyə vaxtı yoxdur. O bunun əvəzinə uşaqları ilə əylənir. 4 uşağı olan model onlarla velosiped sürür, ailəvi dağ yürüşlərinə çıxır və tramplində tullanır.
Son filmi ilə güclü qadınların simvoluna çevrilən İsrailli aktrisa Gal Gadot fiziki görkəmini boksa borcludur. “Wonder Woman”olmaq asan iş deyil.
Məşhur aktyor və müğənni Li Mişele formanı qorumaq üçün Malibuda 4 gün davam edən məşq proqramına qatılıb. Bu düşərgədə uzun dağ yürüşlərində iştirak edib. Vegeteriandır və müəyyən idman hərəkətləri edir.
İndilərdə əkiz uşaqlarına hamilə olan müğənni Beyons turneyə çıxmazdan əvvəl sıx məşq proqramı həyata keçirir və müxtəlif növ məşqlər edir. Bunların arasında qaçış və ağırlıq qaldırma kimi məşqlər var.
Müğənni Ellie Goulding müntəzəm olaraq Londondakı “Skinny Bitch Collective” idman mərkəzinə gedir, sadə və mürəkkəb məşqlər edir.
1998-ci ildə Oprah Vinfreyin proqramına qonaq olan Madonna idman salonlarından sıxıldığını deyib. Ona görə də uzun illərdir yoqa ilə məşğul olur.
Möhtəşəm görünüşə sahib olan Victorias Secret modeli Adriana Lima xüsusi studiyada olduqca çətin olan crossfit-ə oxşar məşqlər edir.
Məşhur model Gigi Hədid həm güclü olmaq, həm də stress atmaq üçün boksla məşğul olur.
Suicide Squad filmindəki Harley Quinn rolunda ecazkar fiziki görünüşü ilə diqqət çəkən Margot Robbie pilateslə məşğul olur və tramplində tullanır.
Erotik hərəkətləri ilə Keyt Apton “bear crawl” ağırlıq qaldıraraq yer hərəkətləri edir.
Sağlam yaşamağa çalışması ilə tanınan məşhur aktyor Gyines Paltrou məşhur fitness mütəxəssisi Trasi Anderson ilə işləyir (Anderson Lena Dunham və Cennifer Lopez kimi məşhurların da təlimçisidir). Məşhur aktyor təlimçi ilə birlikdə rəqs və kardiyo qarışığı həm əyləncəli həm də intensiv məşqlər proqramını həyata keçirir.
Gənc görünüşü ilə insanları özünə heyran edən Kamerun Diaz formansını tempə və qaçışa borcludur.
Çəkisi ilə barışan, hər kəsin öz bədənini sevməsini məsləhət verən model Graham formasını qorumaq üçün müntəzəm olaraq məşq edir.
Vüsalə

