Qadınlar, diqqətli olun! 7 hərəkətiniz münasibətlərə son qoya bilər – SİYAHI
05.03.2020 11:49İkili münasibətlərdə nəsə düz alınmayanda hər kəs qarşısındakı insanı günahlandırır. Amma ortadakı problemin iki dinləyicisi varsa, səbəbini də iki tərəfli fikirləşmək lazımdır. Bəlkə də günahkar sənsən. Bunu anlamaq üçün bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır.
Об этом сообщает Футляр от виолончели
A24.Az əlaqələri dönüşü olmayan yola aparan 7 işarəti təqdim edir:
Telefona həddən artıq bağlılıq
Boş vaxtınızın çoxunu ağıllı telefonla keçirirsinizsə, deməli problem qapınızı döyməkdədir. Arizona Universitetində alimlər bunu asılılıq kimi qiymətləndirirlər. İnternetdə keçirdiyiniz vaxta nəzarət edin və kitab oxumaq kimi başqa işlərlə məşğul olun.
Prioritetlərinizi müəyyən edə bilmirsinizsə
Əgər çox işləyirsinizsə və ikinizə ayıracağınız vaxt məhduddursa, vaxtınızı xüsusi olaraq planlamalısınız. Münasibətlərdə tükənən romantizmi xilas etmək üçün 2/2/2 metodunu sınaqdan keçirin. Sevdiyinizlə hər iki həftədən bir görüşün, 2 aydan bir həftə sonunda səyahətə çıxın və 2 ildən bir tətilə çıxmağı sınayın.
Kifayət qədər dəstək olmamaq
Sadəcə olaraq “Təşəkkür edirəm” ifadəsi çox şeyi dəyişə bilər. Bunu lazımsız addım kimi qiymətləndirməyin. Hər kəsin gözəl sözlərə ehtiyacı var. Ona görə də, adi bir şey olsabelə həyat yoldaşınıza təşəkkür etməyi unutmayın.
Rəsmi və soyuq söhbətlər
Sevənlər bir-biri ilə açıq və səmimi danışırlar. Hisslərinizi və günün detallarını həyat yoldaşınızla bölüşün və bir-birinizə qulaq asın. Həyat yoldaşınızla bağlı sizi narahat edən bir şey varsa, bunu mühakimə etmədən və qınamadan deyin.
Daim qəzəbli olmaq
Sevdiklərinizi dəyişdirməyə çalışmayın. Onların özlərinə məxsus xüsusiyyətləri var və siz onu elə sevmisiniz. Əgər istəmədiyiniz bir hərəkəti edərsə, nəticələrini özünün görməsini təmin edin. Etdiyi əməllərin nəticəsini özü də görərsə daha yaxşı olacaq.
Fikir mübadiləsi aparmaq
Problemləri birlikdə həll etməyə çalışın. Dava-dalaş etmədən problemi müzakirə etməyə çalışın. Problem dərinləşmədən müzakirəyə hazırlaşın. Vacib fikir səsləndirdikdə həyat yoldaşınıza toxunaraq onun rahatlanmasına kömək edin. Əgər münaqişə daha da qızışarsa həmin yeri bir müddət tərk edin. O, saakitləşəndən sonra danışmağa davam edin.
Bir-birinizə etibar etməmək
Səmimi və isti münasibət istəyirsinizsə, sevdiyiniz insanın sizə qarşı dürüst olduğuna inanmağı öyrənin. Davamlı olaraq hesabat istəməyin, telefon və elektron poçtlarına baxmayın. Yaxşı şeylər haqqında düşünün.
Vüsalə

