Qadınlara tanış gələn əhvalat: evini satdırdı, pullarını oğurladı, xəstə uşaqla təkbaşına qoydu – VİDEO
05.03.2020 11:49Mahnıda deyildiyi kimi iki sevda çəkənlərin cəzası var. Amma Balayeva Sevdanın həyat yoldaşı elə də cəza çəkmir.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, Sevda Balayeva 2012-ci ildə Nəcəfli Elhunla ailə həyatı qurur və bir öladları dünyaya gəlir. Normal sürən ailə həyatı bir anda alt-üst olur. Belə ki, Elhun onun evini satdırır və maşın aldırır. Günlərin bir günü isə geridə qalan 5200 manat pulu və 700 manatlıq telefonu oğurlayıb qaçır. Müəyyən vaxtdan sonra Elhunın sədası həbsxanadan gəlir. Onu həbs etdirən isə keçmiş həyat yoldaşı olur.
Elhunu birinci xanımı alimentlə bağlı onu həbs etdirib. Həbsdə olarkən Sevda hər gün onunla əlaqə saxlayır, yanına gedib gəlir. Günlərin bir günü isə Elhun həbsdən çıxır, heç Sevdaya xəbər də vermir. Ata evinə gələn Elhunu keçmiş həyat yoldaşı ilə barışdırırlar. Sevda isə müalicəyə ehtiyacı olan övladı ilə birlikdə tək qalır.
Saytımız “Kanal 13”ə istinadən Sevdanın başına gələnləri öz dilindən videoda təqdim edir: