Qadınların kişilərdə əsla dəyişə bilməyəcəyi 9 XÜSUSİYYƏT
05.03.2020 11:49Qadınlar həmişə inanırlar ki, kişilərdə olan mənfi xüsusiyyətləri dəyişə biləcəklər. Bəzi çatışmazlıqlar zamanla dəyişilir.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, kişilərdə sadaladığımız bu 9 xüsusiyyəti heç bir qadın dəyişə bilməz.
Vərdişlər
Əgər sən ailə qurmağa hazırlaşırsansa, sevdiyin kişinin vərdişləri ilə barışmalısan. Kişiyə tamamilə nəzarət etmək, onunla uzun-uzadı danışmaq olar. Amma kişilərin adət etdiyi vərdişləri tərgitmək praktiki olaraq mümkün deyil. Əgər əriniz sizin istəyinizlə dırnaqlarını yeməkdən və içki qəbul etməkdən imtina edirsə, bu onun güclü iradəyə sahib olmağından xəbər verir. Vərdişin geri qayıtmayacağı isə məlum deyil.
Geyim tərzi
Kişinin seçdiyi, hiss etdiyi stil düzəlişlərə təslim olmur. Bəzi qadınlar özləri sərbəst şəkildə kişiyə stil seçərək bununla mübarizə aparmağa çalışırlar. Cəhdiniz nəticəsiz qalacaq. Siz onu bir dəfə alış-verişə tək göndərirsiz, yenə qarderob köhnə stildə paltarlarla dolub-daşmağa başlayır.
Anayla münasibətləri
Əgər kişinin anası ilə münasibətləri uşaqlıq vaxtlarından sıxdırsa, ana-oğul bağları möhkəmdirsə, evləndikdən sonra da bu dəyişmir. Ona görə də qadın nə qədər qayğıkeş olursa-olsun kişi üçün fayda verməyəcək. Belə kişilərin ailəsi 3 nəfərlikdir. Qaynana ilə həmişə barışmalısan. Bu səbəbdən qadınların əksəriyyəti həyatda müstəqil qərar verən kişilərlə ailə qurmağa üstünlük verirlər.
Əyləncə
Əgər kişi hər hansı bir idman növünün fanatıdırsa, bu həvəs həmişəlik onunla qalacaq. İdman onun həyatının ayrılmaz hissəsisdir. Ər-arvad nünasibətlərinin düzəlməsinə görə nədənsə imtina edəcəyini gözləməyin. Burda sizin öhdənizə düşən şey onunla birlikdə əylənmək və sevincini bölüşməkdir.
Prioritetlər
Kişinin ailəyə və gələcəyə münasibətini dəyişmək praktiki olaraq mümkün deyil. Əgər ər aildə uşaq istəmirsə, onu buna məcbur etmək ən çətin işdir. Uzağı sizə hörmət edəcək, amma öz fikrində qalacaq.
Səliqə
Kişinin səliqə-səhmanı sevməsi özünü ilk görüşdə göstərə də bilər, göstərməyə də. Bunu siz təyin edin. Əgər siz səliqəni sevənsinizsə kişidə də bu xüsusiyyətin zamanla yaranacağına ümid etməyin.Kişi uşaq deyil ki, ona nəyisə öyrədəsən. O, artıq belə formalaşıb.
Dostlar
Bəzən kişilər qadınlardan daha çox öz dostlarına bağlı olurlar. Kişinin arvadın narazılığına görə dostlarla əlaqəsini kəsməsi çox çətin məsələdir. Ona görə onun yoldaşları ilə də barışmalısız. Bəlkə həqiqətən onlar yaxşı insandırlar. Siz bunu diqqətə almaq istəmirsiz.
Yalan danışmağa meyilli olmaq
Aldatmaq vərdişi – kişi şüuraltısının dərinliyinə həkk edilib. Əgər siz ərinizin bir dəfə yalanını tutdunuzsa, əmin olun ki, bu təkrarlanacaq. Kişi sizə aldatmayacağına dair söz verəcək, hətta özü də buna inanacaq. Yalan təbiətində varsa, mütləq geri dönəcək.
Kobudluq
Psixoloqların fikrincə, kobudluq bağışlanmaz vərdişdir. Əgər kişi sizə qarşı daim kobudluq edirsə və xüsusən əl qaldırırsa, ondan dəyişəcəyini gözləməyin.
Hətta əgər ər peşman olarsa, üzr istəyərsə, bunun normal olduğunu əsla hiss elətdirməyin. Ürəyində əminlik çiçəklənməyə davam edərsə, tezliklə tarix təkrarlanacaq deməkdir.
Vüsalə