Qafqaz Müsəlmanları İdarəsi Elşad Miriyə qarşı – Qurumdan açıqlama
05.03.2020 11:49Ötən gün ilahiyyatçı Elşad Miri APA TV-nin “Yaşıl Orta” verilişində qonaq olan zaman “Quran müqəddəs kitab deyil!” fikrini səsləndirib. Sosial mediada, xüsusən də
Об этом сообщает Футляр от виолончели
dindarlar arasında geniş müzakirəyə səbəb olan həmin fikrə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Təzə Pir” məscidinin axundu Mircəfər Əyyubov “Elşad Miri ilahiyyatçı deyil. Quran müqəddəsdir, o, yalan danışır” deyib.
QMİ-nin digər axundu Hacı Şahin Həsənli isə jurnalistlərə bu açıqlamanı verib: “Quranın müqəddəsliyi onun mahiyyətindən xəbərdar olmaq üçün bir maneə deyil, ola da bilməz. Müqəddəslik sadəcə Allahla bağlı olan həqiqətlərə aid edilə bilər. Qurani-Kərim insanların hidayəti üçün göndərilmiş kitabdır. Bu səbəbdən də hər kəs Quran oxumalı, onunla tanış olmalı, öyrənməlidir. Quran xüsusilə hansısa peşə sahibləri üçün nəzərdə tutulmuş kitab deyil. Quran bütün insanlara, bütün bəşəriyyətə açıq kitabdır. Quran insan üçün həyat proqramıdır. İnsan Quranı oxumadan, ayələri ilə tanış olmadan, ayələri haqqında düşünmədən islamla tanış ola bilməz”.
“Necə ki Elşad Miri öz fikrini bildirib, eləcə də bizdən kim cavab veribsə, səlahiyyətli şəxslərdir”.
Saytımız bildirir ki, bu sözləri Elşad Mirinin “Quran müqəddəs kitab deyil!” fikirlərinə münasibət bildirən Təzə Pir məscidinin axundu Mircəfər Əyyubovun yazıda QMİ rəsmisi kimi qeyd edilməsinin nə dərəcədə düzgün olub-olmamasına münasibət bildirərkən Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib:
“Mircəfər Əyyubov Təzə Pir məscidinin axundudur. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə Şöbəsinin aparıcı mütəxəssisidir. Qeyd edilən yazılara nəzər yetirmişəm. Hər halda onlar din xadimidirlər, kifayət qədər savadlı və böyük təcrübəyə malikdirlər. Onların verdiyi fikirlərlə bağlı ayrıca açıqlama verən deyiləm. Çünki onlar din xadimi olaraq öz fikirlərini bildiriblər. Necə ki Elşad Miri öz fikrini bildirib, eləcə də bizdən kim cavab veribsə, səlahiyyətli şəxslərdir. Onlardan biri Hacı Şahin Həsənli, biri də Mircəfər Əyyubovdur. Təbii ki, hər ikisi də idarənin təyinatı ilə işləyən rəsmi şəxslərdir və hər biri də cəmiyyətdə kifayət qədər tanınmış adamlardır.
O ki, qaldı Hacı Şahinə, o da bizim Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəmizdir”.
Firuzə Alimova / A24.az

