Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qafqaz Universitetinin köçürüləcək tələbələrinə hansı universitetlərin diplomları veriləcək?

05.03.2020 11:49

“Bu ilin yanvar ayının 16-da fəaliyyəti dayandırılan Qafqaz Universitetinin təkcə texniki sahə deyil, eləcə də humanitar və sosial sahələr üzrə təhsil alan tələbələrinin hamısı təhsillərini bitirənə kimi Bakı Mühəndislik Universitetində oxuyacaqlar”.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, bunu “report”a açıqlamasında Azərbaycan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

“Bütün tələbələrin hamısı bir universitetdə təhsil alacaqlar”, – deyə nazirlik rəsmisi əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il məzun olan tələbələrin diplomlarında da məhz Bakı Mühəndislik Universitetinin (BMU) adı qeyd olunacaq, yəni, onlara BMU-nun diplomu veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin kollegiya iclasında Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub. Müzakirələr nəticəsində qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə – Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.