Qalatasarayda ŞOK İDDİALAR: Ardadan sonra Terim?
05.03.2020 11:49Yenidən Qalatasaraya geri qayıtmaları ilə bağlı danışılan iki ad Fatih Terim və Arda Turan üçün sürpriz bir iddia açıqlanıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər ki, milli komanda ilə yollarını ayırdıkdan sonra adı Qalatasaray üçün hallanan Fatih Terim önəmli bir qərar alıb. Qalatasarayın Arda Turanla transfer danışıqları aparması ilə yanaşı, Terimin də kluba gətiriləcəyi iddia edilir. Dursun Özbəklə çalışmağı çox da düşünməyən Fatih Terimin baş məşqçilik üçün hazırlaşdığı və ilk hazırlıq iclası keçirdiyi bildirilir.
May ayındakı seçimə hazırlanan Fatih Terim Bodrumda Abdürrahim Albayrak ilə toplantı keçirib. Təcrübəli futbol adamı, Bodrumda Abdürrahim Albayrak ilə görüşüblər. Albayrağın namizəd olacağı təqdirdə Niyazi Yelkencioğlu, Cəlal Gürcan, Mete Başol və Atilla Donat kimi şəxslərdən dəstək aldığını söyləyib. Qalatasaray klubunun prezidenti Dursun Özbək də “Məşqçi axtarmırıq. Fatih Terimlə bağlı deyilənləri doğru hesab etmirəm” deyərək, Terim ilə maraqlanmadıqlarını açıqlamışdı.
Orxan Aslanlı

