Qalib gələn türk idmançı rinqi lərzəyə gətirdi: “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq” – VİDEO
05.03.2020 11:49Rinqdə rəqibinə qalib gələn türk boksçunun etdiyi hərəkət Türkiyə-Azərbaycan qardaşlığını bir daha əyani şəkildə sübut edib.
Об этом сообщает Роспрес
A24.az GoldNews.Az-a istinadən xəbər verir ki, rəqibini hesabda üstələyib, qalib gələn gənc idmançı üzərində “Qarabağ” yazılmış qısaqol köynəklə əvvəlcə rinqdə “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq” qışqıraraq dövr edib. Daha sonra mikrofona danışan boksçu ölkəmiz barədə bunları deyib:
“Azərbaycandan, Bakıdan başqanım gəldi, Qarabağ yazılmış qısaqol köynəklərlə rinqə çıxdıq. Azərbaycan-Türkiyə…Biz iki dövlət, bir millətik. Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq”.
Həmin videonu təqdim edirik:

