Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qan içində boğulan soydaşlarımız, laqeyd fars rejimi – Dəhşətli daşqına soyuq münasibət – VİDEO

05.03.2020 11:49

Cənubi Azərbaycanda baş vermiş dəhşətli daşqınlar 10-larla insanın canını aldı, xeyli insan hələ də itkin düşmüş hesab edilir.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində selin dəhşətli fəsadları davam edir. Ölənlərin və itkin düşənlərin sayı artmaqdadır. Təəssüf ki, nə daşqının nəticələri ilə bağlı insanları məlumatlandırmaqda, nə fəsadların aradan qaldırılmasında, nə də bu faciənin ölkənin ümumi gündəminə daşımaqda fars rejimi demək olar ki, maraqlı deyil. İran hökumətinin 100-ə yaxın soydaşımızın qırılmasına verdiyi reaksiya bir daha bu ölkənin türksoylu insanlara qarşı laqeydliyini ortaya qoydu. Bu gün ölkə mətbuatında daşqın nəticəsində qırılan insanlarla bağlı dolğun məlumat yerləşdirilmir. Eyni zamanda ölkədə genişmiqyaslı fəlakətin baş verməsinə baxmayaraq, matəm elan olunmayıb. 

Bununla yanaşı Azərbaycan mediası və aidiyyatı təşkilatlar da soydaşlarımızın faciəsinə yetərincə diqqət ayırmadı. Fəalkətin qurbanı olan insanların çəkdiyi həvəskar çəkilişlərə baxdıqda isə orada baş verən fəlakətin miqyası aydın görünür.
Hazırda təqdim etdiyimiz görüntülər Güney Azərbaycanın Tufarqan mahalının، Çinar kəndindəndir. Orada yaşayan soydaşlarımızın A24.Az-a verdiyi məlumata görə təkcə bu kənddə ölənlərin sayı 12 nəfərdir. 10-dan yuxarı şəxs itkin düşüb.