Qar boranından sonra, nəhayət, Merkel və Tramp bu gün görüşür
05.03.2020 11:50Almaniya kansleri Angela Merkel bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ilk dəfə görüş keçirəcək.
Об этом сообщает Руспрес
Saytımızın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Tramp telefon danışığında Almaniya hökumətinin rəhbərini ABŞ-a səfər etməyə çağırıb. Lakin, martın 14-nə planlaşdırılmış görüş qar boranı səbəbindən martın 17-nə keçirilib.
Kanslerin dəftərxanasından verilən xəbərə görə, təkbətək və geniş tərkibdə keçiriləcək danışıqlar zamanı Trans-Atlantik tərəfdaşlıq və beynəlxalq siyasətə dair məsələlər müzakirə ediləcək.
Günün ikinci yarısında birgə mətbuat-konfransı və Merkelin şərəfinə ziyafət veriləcəyi bildirilib. Daha sonra Merkel Berlinə geri qayıdacaq.

