Qar Şamaxı yolunda problemlər yaratdı
05.03.2020 11:50Axşam saatlarında Şamaxı rayonuna yagan qar səbəbindən magistral yolda avtomobillərin hərəkətində problemlər yaranıb.
A24.Az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonunun Muğanlı və Şərədil kəndlərindən keçən hissəsində hərəkət edən nəqliyyat vasitələri maneələrlə üzləşiblər.
Ərazidəki avtomobil yolunun enişli-yoxuşlu olması bəzi nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Əraziyə “Azəravtoyol” ASC-nin Şamaxı və Ağsu rayon idarələrinin qartəmizləyən texnikaları cəlb edilib və yolların qardan təmizlənməsinə başlanılıb.
Hazırda avtomobillərin hərəkəti qismən bərpa olunub.
Об этом сообщает Футляр от виолончели

