“Qara Cümə”də rekord qırılıb
05.03.2020 11:50ABŞ-da “Black Friday” (qara cümə) adı verilən xüsusi alış-veriş günündə bundan öncəki bütün zamanların rekordu qırılıb.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, “Adobe Digital Insights”ın 4500 saytdan topladığı statistikaya görə, həmin gün onlayn şəkildə alınan malların məbləği 5 milyard 30 milyonu ötüb.
Bu da ABŞ tarixində “Qara cümə” günü qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, “Black Friday” ABŞ-da “şükran günü”ndən sonra gələn ilk cümə gününə deyilir. Həmin gün 1932-ci ildən bu yana Yeni il alış-verişinin başlanğıcı kimi bilinir. Bu səbəbdən mağazalar gecə saatlarına kimi bağlanılmır və gözlənilməz endirimlər olur.

