“Qarabağ” Çempionlar Liqasında azarkeş sayına görə 6-cı oldu
05.03.2020 11:50“Qarabağ” bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində azarkeş sayına görə 32 klub arasında 6-cı olub.
Об этом сообщает Роспрес
A24.az Qol.az-a istinadən xəbər verir ki, son Azərbaycan çempionunun 3 ev matçını ümumilikdə 182.223 azarkeş izləyib ki, bu da orta hesabla hər oyuna 60.741 tamaşaçı edir.
Bu göstəricidə qrup mərhələsində ilk pilləni “Mançester Yunayted” (222.960), ikinci yeri “Real” (220.972), üçüncü yeri “Bavariya” (210.000), dördüncü yeri “Borussiya” (Dortmund – 196.198), beşinci yeri “Tottenhem” (193.804) tutub.
Ağdam klubunun qabaqladığı klublar siyahısında isə “Barselona” da (182.018) olub.

