Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qarabağ münaqişəsi illərdir niyə həll olunmur? – Məsələnin həllini gecikdirən “3-cü əl” kimdir?

05.03.2020 11:50

Amerika Geopolitik Araşdırmalar Mərkəzi “Stratfor”un yaydığı məlumata görə, Rusiya özünün strateji maraqlarını Dağlıq Qarabağ konflikti ilə hər iki ölkə arasında istifadə edə bilər.

Об этом сообщает Футляр от виолончели

“Ermənistan hələ özünə böyük addımlar atmağa icazə verə bilməz, xüsusilə də Rusiya kimi bir ölkə onun hərbi strateji qüvvələrini idarə edirsə… Hər iki ölkənin heç biri ilk növbədə Rusiya ilə anlaşmadan böyük addımlar ata bilməz”, – deyə məlumatda qeyd olunub.

Hesabatın müəllifləri bildirirlər ki, Ermənistan Rusiyanın müttəfiqidir. Belə ki, rəsmi Moskva bir neçə dəfə İrəvan və Bakı arasındakı münasibətlərdə Ermənistana dəstək verib. Lakin ötən ilin aprel ayında iki ölkənin cəbhə xəttində baş verənlərə Rusiya neytral münasibət göstərmişdi. O, bu münasibəti ilə Ermənistanı həm təhlükəsizlik, həm də siyasi cəhətdən pis vəziyyətdə qoymuşdu.

Rusiya öz maraqlarına görə, hər iki dövlətə nə vaxta kimi müdaxilə edəcək?

“Stratfor”un yaydığı bu məlumatı A24.Az-a politoloqlar şərh ediblər.

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, “Stratfor”un yaydığı məlumatda yeni heç bir şey yoxdur:

“Hamı bilir ki, Rusiya Ermənistanı dəstəkləyir və Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasında maraqlı deyil. Çünki münaqişə həll olunsa, Ermənistan, Azərbaycan və Türkiyə münasibətləri normallaşacaq. Bu da Rusiyadakı müəyyən dairlərin maraqlarına cavab vermir.  Ona görə də aprel döyüşlərində yeganə istəkləri yenə də münaqişəni dondurmaq oldu. 4 gündən sonra yenə tərəflərə zəng etdilər ki, cəbhə bölgəsində döyüşlər dayandırılsın. Buna baxmayaraq, sonradan münaqişənin həlli üçün sürətli heç bir addım atmadılar. Bu da ondan xəbər verir ki, Rusiyadakı dairələr münaqişəni həll etmək istəmirlər. İstəyirlər ki, Ermənistan da, Azərbaycan da onlardan asılı vəziyyətdə qalsın. Ermənistan onsuz da Rusiyanın vassalıdır. Azərbaycana isə Rusiyadakı müəyyən dairələr Dağlıq Qarabağ üzərindən təzyiq edirlər”.

Politoloq Fikrət Sadıqov A24.Az-a açıqlamasında, Rusiyanın regionun ən hegemon ölkəsi olduğunu vurğulayıb:

“Rusiya uzun illərdir bu hegemonluğunu həm burda yaşayan xalqlara və ölkələrə, həm də aparıcı dövlətlərə qabarıq şəkildə nümayiş etdirir. Əlbəttə ki, vaxtı ilə bu region uğrunda Rusiya ilə digər ölkələr arasında müəyyən bir mübarizə gedib. Bu, reallıqdır. Hazırda Rusiya ilə Azərbaycan arasında strateji format çərçivəsində münasibətlər var. Eyni zamanda, biz onu da yaddan çıxarmamalıyıq ki, Rusiyanın əsas müttəfiqi, əsas dayaq nöqtəsi Ermənistandır. Artıq onlar başa düşür ki, Ermənistan onun sözünə baxan ən əlverilişli dövlətdir. Rusiya üçün Azərbaycanla müsbətləri yüksək səviyyədə saxlamaq önəmli və faydalıdır, eyni zamanda Ermənistana kömək etmək onların maraqları çərçivəsindədir. Çünki Ermənistanı müdafiə etməsə, bir tərəfdən Azərbaycan digər tərəfdən Türkiyə ilə münasibətlərin gərginləşməsi nəticəsində Ermənistan xəritədən silinə bilər. Moskvanın əsas qorxusu budur”.

Fikrət Sadıqov onu da qeyd etdi ki, son zamanlar Moskva öz siyasətində müəyyən düzəlişlər də edib.

“Vaxtı ilə tam mənada Ermənistanı dəstəkləyirdilərsə,  digər oyunçulara qarşı çıxış edirdilərsə, indi bu siyasət dəyişilib. Rusiya Ermənistanı müdafiə edirsə, bu heç də o demək deyil ki, onlar Ermənistanı digər ərazilərə müdaxilə etmə işlərində dəstəkləyirlər. Onlar sadəcə bu status-kvonun saxlanmasında maraqlıdırlar. Və onlar istəyirlər ki, müəyyən mənada Ermənistanla da müttəfiqlik qalsın, Azərbaycanla da münasibətlər inkişaf etsin. Bu siyasət əlbəttə ki, müsbət nəticəyə gətirib çıxarmayacaq. Çünki bizim öz torpaqlarımız azad etmək niyyətimiz kifayət qədər güclüdür. Bu kontektsi də Moskvada başa düşürlər və çalışırlar ki, bizi bir tərəziyə qoyub eyni gözlə baxsınlar. Eyni zamanda çalışırlar ki, münaqişə yenidən alovlanmasın. Bu status-kvo uzun müddət qalsın. Əsl məqsədləri bundan ibarətdir”, – deyə F.Sadıqov əlavə edib.

Orxan Aslanlı