“Qarabağ” Türkiyə gündəmini zəbt etdi: İspan divi yaralı getdi – MANŞETLƏR
05.03.2020 11:51Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində təmsilçimiz “Qarabağ”, İspaniya nəhəngi “Atletiko Madrid”in 3 xal arzusunu ürəyində qoyub.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, təmsilçimiz 75-ci dəqiqədə azlıqda qalsa da Madriddən 1 xalı qopara bilib.
Bütün bunlar Türkiyədə yeni gündəm yaradıb. Qardaş ölkədə, irili-xırdalı bütün media, “Qarabağ”ın tarixi uğurundan yazır.
Hürriyət təmsilçimizin uğurunu “Qarabağ tarix yazdı” adlandırıb. Bildirib ki, tarixində ilk dəfə qrup mərhələsində oynayan “Qarabağ”, Madrid klubunun üç xal qazanmasına icazə verməyib:
“Fanatik” idman agentliyi də “Qarabağ”ın dünənki uğurunu tarixi qələbə adlandırır:
Milliyət “Qardaş Qarabağ tarix yazdı, “Atletiko”ya zərbə” başlığı ilə təmsilçimizin uğurundan bəhs edib:
“Qarabağ”ın tarixi uğuruna geniş yer ayıran digər media orqanlarının da, xəbər başlıqlarını sizə təqdim edirik:
Nərmin Kərim, MTM

