Erməni ordusu Qarabağda bu gün verdiyi itkilərini AÇIQLADI
05.03.2020 11:51Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni əsgəri ölüb.
Об этом сообщает Руспрес
Saytımız “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində Dağlıq Qarabağda hərbi xidmətdə olan əsgər Geham Genrixoviç Manukyan (1979-cü il təvəllüdlü) ölüb.
Hadisə fevralın 8-i səhər saat 11 radələrində baş verib. Daha sonra 12 radələrində Mardakert (Ağdərə) istiqamətində daha bir əsgər – Koryun Kamoeviç (1988-ci il) Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ağır yaralanıb.
Hazırda araşdırma aparılır.

