Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qarabağda erməni əsgər 30 atəşlə hərbçi yoldaşını güllələdi

05.03.2020 11:51

Ötən ilin oktyabr ayında işğal altında olan Qarabağda döyüş mövqelərindən birində xidmət edən erməni əsgər Razmik Xudaverdyan hərbçi yoldaşı Vahaqn Virabyanı öldürüb. Xudaverdyan törətdiyi qətlə görə özünü günahkar hesab etdiyini deyib.

Об этом сообщает Футляр от виолончели

Saytımız “Azvision.az”a istinadən xəbər verir ki, bu barədə Xudaverdyanın vəkili Aşot Apresyan bildirib.

Məlumata görə, erməni əsgərlər arasında baş verən mübahisəyə səbəb Virabyanın döyüş növbətçiliyinə çıxmaqdan imtina etməsi və əsgərin ünvanına təhqiramiz ifadələr işlətməsi olub.

Virabyan əsgər yoldaşı Xudaverdiyanın ünvanına nalayiq sözlər deyib. Bu səbəbdən Xudaverdyan ona təhkim olunmuş odlu silahla Virabyana 30 dəfə atəş açaraq hərbçi yoldaşını qətlə yetirib.

Hazırda Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində cinayət işi üzrə proses davam edir.