Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qarabağda xaç ucaldan ermənilərin məqsədi nədir?

05.03.2020 11:51

Erməni separatçıları Qarabağ ərazisində – işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ermənilərin Qarabağda xaç işarəsini əks etdirən dəmir konsturksiya quraşdırılmasında söz açarkən deyib.

Politoloq bildirir ki, həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görülsün: “Özlərinin dediyinə görə bu konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir”.

Elxan Şahinoğlu əlavə edib ki, erməni separatçılarının pula ehtiyacları olduğu halda, dünyadan pul diləndikləri halda bu cür bahalı konstuksiyanın tikintisinə niyə bu qədər önəm veriblər? Bunun iki səbəbi var. Birinci səbəb odur ki, separatçılar Dağlıq Qarabağı beynəlxalq aləmə xristian məskəni kimi sırımaq istəyirlər. İkinci səbəbi isə odur ki, nə zamansa həmin konstruksiya dəqiq raket zərbəsiylə dağıdılarsa, bunu beynəlxalq aləmə “vandalizm” kimi qələmə verməyə çalışacaqlar. Bilərəkdən qarşıdurmaya dini rəng verirlər. İslam dünyasının, özəlliklə də Tehranın səsini eşitmək istərdik. Müsəlman torpaqlarda xristianlığın bu şəkildə zorla yayılmasına necə baxırlar?”

Orxan Aslanlı